Azərbaycandan Gürcüstana keçmək istəyən 8 Nepal, 2 Hindistan
vətəndaşı saxlanılıb.
Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin
Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən dövlət
sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal
miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.
"May ayının 6-da saat 21:59-da Sərhəd Qoşunlarının
“Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan
Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa
cəhd göstərən 8 (səkkiz) nəfər Nepal Federativ Demokratik
Respublikası və 2 (iki) nəfər Hindistan Respublikası vətəndaşları
saxlanılıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan
şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə
bələdçilik edən Azərbaycan vətəndaşları Nadirli Xalid Teymur oğlu
və Ağayev Tural Teymur oğlu müəyyən edilərək istintaqa cəlb
edilib", – məlumatda deyilir.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.