2023-cü ilin may ayında əvvəlki ayla müqayisədə Gürcüstanda
inflyasiyanın səviyyəsi -0,1 faiz,
illik inflyasiyanın səviyyəsi isə 1,5 faiz təşkil edib. Bu barədə
məlumatı Milli Statistika Xidməti yayıb.
Baza inflyasiyaya gəlincə, onların məlumatına görə, 2023-cü ilin
may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4,0
faiz təşkil edib.
“Business Press News” ötən ilin eyni
dövrü ilə müqayisədə 2023-cü
ilin may ayında ən çox bahalaşan 10 ərzaq məhsulunun siyahısını
təqdim edir:
- Qarpız - 49,5%
- Soğan - 37,4%
- Tomat pastası - 27,1%
- Qarğıdalı unu - 25,1%
- Şirniyyat - 22,6%
- Kartof - 19,5%
- Mal əti - 17,7%
- Xardal -16,9%
- Mal əti qiyməsi - 16,1%
- Zavod südü - 15,2%