Hüquq müdafiəçiləri Braçveli və Marikaşvili həbsdən azad edilib
İyunun 2-də mitinqdə saxlanılan Saba Braçveli, Edo Marikaşvili və Nika Romanadze son 48 saat saxlandıqları Telavi təcridxanasından buraxılıblar.

“Mən Telavi təcridxanasından çıxdım. Nika və Edo tezliklə çıxacaqlar, məndən sonra saxlanılmışdılar.

Tam informasiya boşluğuna baxmayaraq, bizə çatan, ürəyimizi isidən və bizi gücləndirən dəstəyinizə görə hər kəsə dərin təşəkkürlər. Əminik ki, Gürcüstan insanların təmiz şiferə görə həbs olunan ölkəyə çevrilməməsi üçün bu səylərə dəyərdi.

48 saatlıq həbs müddəti məhkəməyə aparılmadan keçib. Bu başa düşüləndir - onlar bizim ictimai forumda deyəcəyimizi eşitmək istəmirlər. Eybi yox, məhkəmədə deməli olduğum nitqimi bura yazacam və hakimiyyət kar olduğu üçün cəmiyyət bizim hakimimiz, ədalətimiz olsun”,
- Saba Braçveli yazıb.

İyunun 2-də keçirilən aksiyada ümumilikdə 7 nəfər saxlanılıb, onların arasında Gürcüstanın Demokratik Təşəbbüsünün sədri Eduard Marikaşvili, Açıq Cəmiyyət Fondunun əməkdaşı Saba Braçveli və fəal Nika Romanadze də var.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google