7 iyun tarixində Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində 16
yaşlı məktəbli qızı evlənmək məqsədi ilə qaçırılıb.
Məlumata görə, hadisə yeniyetmə qız səhər saatlarında evdən məktəbə
gedərkən baş verib.
Media vasitələrində yayılan məlumatda qeyd olunub ki, yeniyetməni
qaçıran 25 yaşlarında gəncdir. Qızı qaçıran və ona kömək edən
şəxsin polis tərəfindən saxlandığı bildirilir.
Hazırda məktəbli qız ailəsinə qaytarılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almağa
çalışırıq.