Sinoptiklər iyunun 29-dan iyulun 1-i səhərədək Gürcüstanın əksər rayonlarında hava şəraitinin pisləşəcəyini proqnozlaşdırırlar

İyunun 29-dan iyulun 1-i səhərədək Gürcüstanda yağış yağacağı,

bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, Şərqi Gürcüstanda bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Onların məlumatına görə, iyunun 30-da və iyulun 1-də qərb istiqamətində güclü külək əsəcək, dəniz üzərində 4 ballıq tufan olacaq.

“Gözlənilən leysan yağışları Gürcüstanın kiçik çaylarında daşqınlara, ölkənin dağlıq ərazilərində isə sürüşmə və sel sürüşmələrinin aktivləşməsinə səbəb ola bilər”, - deyə dərc olunan məlumatda bildirilir.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google