Bəzən elə olur ki, Zaxarovanın istəkləri ilə “Gürcü arzusu”
münasibəti üst-üstə düşür, bu, Gürcüstanın faciəsidir - məncə,
“Gürcü arzusu”nda belə qərar verməzdən əvvəl iki dəfə düşünəcəklər
– müxalifətçi deputat Armaz Axvlediani Mariya Zaxarovanın Rusiya
Abxaziyadan keçməklə Ermənistana dəmir yolu hərəkətini bərpa etmək
üçün səylərini əsirgəməyəcəyi haqqında bəyanatına belə müasibət
bildirib.
Müxalifətçi deputat Mariya Zaxarovanın Rusiya Abxaziyadan keçməklə
Ermənistana dəmir yolu hərəkətini bərpa etmək üçün səylərini
əsirgəməyəcəyi haqqında bəyanatına müasibət bildirib"
Axvlediani bildirib ki, “Gürcü arzusu” gürcü xalqının deyil,
partiyanın və İvanişvilinin dar maraqlarından çıxış edir, ona görə
də heç nəyi istisna edə bilməz.
"Zaxarova bizə hər zaman Kremlin nə istədiyini deyir.
Təəssüf ki, Gürcüstan hökuməti gürcü xalqının nə istədiyini demir
və partiyanın və İvanişvilinin dar maraqlarından çıxış edir. Belə
olan halda bəzən elə olur ki, Zaxarovanın istəyi və münasibəti
“Gürcü arzusu”nun istəkləri ilə hardasa kəsişir. Bu, Gürcüstanın
faciəsidir.Mən istisna etmirəm ki, bu, xüsusi əhəmiyyət kəsb edən
həssas məsələ olsa da, indi də keçəcək və mən belə hesab edirəm ki,
onlar yəqin ki, bu haqda qərar verən zaman iki dəfə düşünəcəklər.
Amma mən heç nəyi istisna etməyəcəyəm”, - deyə Axvlediani
bildirib.