Saakaşvili: Xalq partiyanı parçalamağa can atanları bağışlamır


“Vahid Milli Hərəkat”ın yaradıcısı Mixeil Saakaşvili məktub dərc edib və bildirib ki,

insanlar partiyanı parçalamaq üçün çalışanları bağışlamayacaqlar.
Saakaşvilinin sözlərinə görə, Sopo Caparidze VMH-ın bütün üzvləri və rəhbərliyi ilə onun adından partiyanı güclü saxlamaq üçün çalışır:
“Mən çox xoşuma gəlir ki, mənim adımdan Sopo Caparidze Vahid Milli Hərəkatın bütün üzvləri və rəhbərliyi ilə birlikdə partiyanı güclü saxlamaq üçün çalışır. İstənilən süni parçalanma, əlaqənin kəsilməsi, yalançı mövzuların qoyulması düşmənimizin oyunudur və düşməni sevindirməməliyik. Partiyanın parçalanmasına çalışanları xalq bağışlamayacaq, nə mən, nə də bizim xalqımız buna imkan verməyəcək.
Düşünürəm ki, biz dünən Çoxatauridə əmin olduq ki, hökumət üçün əsas problem “Vahid Milli Hərəkat”dır.
Xırda incikliklərlə və şəxsi ambisiyalarla işləri görmək olmaz. Əminəm ki, birlik şəraitində qələbə qaçılmazdır və mən bu əsarətin bütün günlərindən belə döyüşmək və Gürcüstanı Rusiya hökumətindən azad etmək üçün fəal istifadə etmək niyyətindəyəm”,
- Mixeil Saakaşvili bildirib.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google