İnsan öz hesabına səfər edirsə niyə bunu
ictimailəşdirməlidir?
- Tbilisi meri Kaxa Kaladze baş nazirin ABŞ-a səfərinə belə
münasibət bildirib.
Onun jurnalistlərə verdiyi məlumata görə, siyasətçi şəxsi hesabına
xarici ölkəyə gedəndə onun bu haqda açıq danışmaq öhdəliyi
yoxdur.
“Bilirsiniz ki, bəyannamə ildə bir dəfə doldurulur.
Məmurlar, siyasətçilər qanunla ildə bir dəfə bəyannamə doldurmağa
borcludurlar. Ona görə də gəlin bu tarixi gözləyək ki, baş nazir
öhdəliyi yerinə yetirməli və bəyannamə təqdim etməli olacaq.
Gizlətməyə nə var idi? İnsan öz hesabına səfər edəndə bu niyə
ictimai olmalıdır? Mən öz hesabıma xarici ölkəyə gedəndə durub sənə
hər şeyi danışmalıyam? Bu düzgün deyil. Eyni şeyi indi sizdən
soruşsaydıq, rəsmi vəziyyətimiz fərqli ola bilərdi, amma mənim öz
hesabıma harasa getməyə ehtiyacım yoxdur və bütün bunları sizinlə
danışacağam”, - Kaladze bildirib.
Məlumat üçün bildirək ki, hökumət baş nazir İrakli Qaribaşvilinin
ABŞ-a səfəri ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edildiyi kimi,
baş nazir İrakli Qaribaşvilinin oğlu ilə birlikdə çarter reysi ilə
ABŞ-a getməsi barədə məqsədli şəkildə yalan məlumatlar yayılır.