Kaxetidə üzüm bağları məhv olub, ağaclar kökündən çıxıb, infrastruktura ziyan dəyib

Güclü külək və dolu Laqodexi bələdiyyəsinin üç kəndinin əhalisinə ziyan vurub:

Qabal, Qurqeniani və Baisubani. Məhsulu yığılmamış üzümlüklərin, bağların və digər məhsulların bir hissəsi ciddi zərər görüb.

Külək Qabalda bir neçə evin damını uçurub. Laqodexi-Kvareli-Telavini birləşdirən yolda ağaclar kökündən çıxıb, elektrik naqilləri qırılıb. Bu yolda 15 dəqiqəlik nəqliyyatın hərəkəti kəsilib. Baisubani kəndində həyətyanı sahələri su basıb.

Yerli sakinlərin sözlərinə görə, pis hava təxminən 15 dəqiqə davam edib. Xilasedicilər fəlakət zonasında işləyir. Mərkəzi yolları kökündən qopan ağaclardan təmizləyirlər.

Qabal kənd icra başçısının nümayəndəsi Məmməd Məmmədov AzadlıqRadiosuna bildirib ki, təbii fəlakətin nəticələri öyrəniləcək və məlumat günün sonunda açıqlanacaq.
Kaxetidə sentyabrın 2-də də dolu yağmışdı. Axmeta, Telavi və Qurcaani kəndlərində üzüm məhsulunun bir hissəsi məhv olmuşdu.

 


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google