Marneuli yerli özünüidarəsi Marneuli üçün himn yazdırır.
Marneuli meriyası himnin hazırlanması üçün Levan Mizandari ilə 11
oktyabrda sadələşdirilmiş müqavilə bağlayıb.
Sadələşdirilmiş müqavilənin izahatnaməsinə görə, ölkə miqyasında
çox bələdiyyələrin öz himni var və tədbirlərdə səsləndirilir. Bu
xoş təəssürat bağışlayır və bələdiyyənin müstəqilliyini
göstərir.
“Bildiyiniz kimi, son onillikdə ölkənin inkişafının
(Mədəni-maarrifləndirici, idman, infrastruktur və s.) tempi hiss
olunacaq qədər artıb. Bu tendensiya Marneuli bələdiyyəsində də
aydın şəkildə görünür. Keçirilən və planlaşdırılan tədbirlərin
siyahısı kifayət qədər artıb, keyfiyyəti isə yaxşılaşdırılıb.
Bəstəkarlarla məsləhətlərin aparılmasını və Marneulinin himninin
yazılmasını məqsədəuyğun hesab edirəm. Aranjiman edilsin, studiyada
qeydə yazılsın və tədbirlərdə səsləndirilsin”, –
Meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq
Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Nino
Dekanoidzenin izahatnaməsində qeyd olunub.
Marneuli meriyası Levan Mizandariyə Marneulinin himnini hazırlaması
üçün 6500 lari ödəyəcək.
Müqaviləyə görə, Mizandari Marneulinin himnini müqavilə
bağlandıqdan 60 gün ərzində yazmalıdır.