Marneuli yerli özünüidarəsi iki kəndə daxili içməli su şəbəkəsinin
çəkilməsi layihəsinin alınması üçün tender elan edib.
Marneuli meriyası tərəfindən elan edilmiş tenderə əsasən, İkinci
Kosalı və Quşçu kəndində daxili içməli su şəbəkəsinin çəkilməsi
planlaşdırılır.
Tender sənədlərinə görə, layihəni həyata keçirəcək təşkilat birinci
mərhələdə İkinci Kosalı və Quşçu kəndində olan içməli su
şəbəkəsinin vəziyyətini araşdırmalıdır, meriyaya məlumat verməlidir
və bundan sonra layihə tam tərtib olunmalıdır.
Marneuli yerli özünüidarəsi İkinci Kosalı və Quşçu kəndində daxili
içməli su şəbəkəsinin bərpası/yenidənqurma işləri üçün lazım olan
smeta sənədlərinin tərtib edilməsi xidmətinin alınmasını 40 500
lariyə planlaşdırır.
Tender təklifinə görə, İkinci Kosalı kəndində daxili içməli su
şəbəkəsinin bərpası/yenidənqurma işlərinin təxmini dəyəri 850 000
lari, Quşçu kəndində daxili içməli su şəbəkəsinin
bərpası/yenidənqurma işlərinin təxmini dəyəri isə 500 000
laridir.