Marneulidə yeni il tədbirlərinə nə qədər vəsait xərclənəcək?
Marneuli meriyası yeni il tədbirləri üçün hazırlığa başlayıb. Bələdiyyə 2024-cü ili qarşılamaq üçün artıq üç tender elan edib.

Onlardan biri şəhər küçələrinin bəzədilməsi, ikincisi əsas yeni il yolkasının işıqlandırılması mərasimini, üçüncüsü isə ehtiyacı olan ailələrə qida məhsulları ilə yardım etməyi nəzərdə tutur.

Yerli özünüidarə bunlar üçün büdcədə təxminən yarım milyon lari nəzərdə tutub.

350 070 lariyə Marneuli şəhərində yeni il günlərində şəhərin və ətraf ərazinin yeni il işıqlandırma konstruksiyaları ilə bəzədilməsi, müxtəlif bəzəklərin quraşdırılma-sökülmə xidməti nəzərdə tutulur.

2024-cü ilin gəlişi ilə əlaqədar yeni il yolkasının işıqlandırma mərasiminin təşkil edilməsi xidməti üçün 64 955 lari nəzərdə tutulub.

Yeni il ərəfəsində ehtiyacı olan 600 ailəyə qida məhsulları almaq üçün 50 847 lari ayrılıb.

Hər üç tenderdə görə, vəsaitin 100%-i yerli büdcədən ayrılıb. Ola bilsin qeyd olunan xərclər yenə artırılsın. Bu yerli özünüidarənin yeni il konserti üçün tenderi hələ elan etməməsini nəzərə almaqla ola bilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google