Mən rusların Gürcüstan torpaqlarının növbəti dəfə zəbtini qətiyyətlə pisləyirəm – Zurabişvili Bişvinta haqqında
Gürcüstan prezidenti Salome Zurabişvili qondarma Abxaziya parlamentinin Bişvinti sovxozlarının Rusiyaya verilməsi barədə qərarını qətiyyətlə pisləyib və beynəlxalq ictimaiyyəti buna reaksiya verməyə çağırıb.

“Gürcü torpaqlarının ruslar tərəfindən növbəti dəfə ələ keçirilməsini və sürünən ilhaq siyasətini qətiyyətlə pisləyirəm. Bişvinta bağ evinin ruslara verilməsi ətrafında gördüyümüz insanların sərt reaksiyası birbaşa işğalın nəticəsidir. Mən beynəlxalq ictimaiyyəti sərt və təcili reaksiya verməyə çağırıram”, -
Salome Zurabişvili X-də yazıb.

Bişvinta Dövlət Bağ evi haqqında müqavilə layihəsinə əsasən, 186 hektar torpaq və 115 hektar dəniz sahəsi Rusiya Federasiyasının mülkiyyətinə verilir. Bütün bina və tikililər Federal Mühafizə Xidmətinin mülkiyyətinə keçir və Qara dəniz akvatoriyası ətraf torpaqlarla birlikdə 49 illik icarəyə Rusiyaya veriləcək. Abxaziya əhalisinin bir hissəsi sözügedən sazişin əleyhinə olduğu üçün Bişvinta ərazisinin Rusiyaya verilməsi haqqında sazişin ratifikasiyası bir ildən çox vaxt aparıb.

Dekabrın 27-də səhər saat 6-da işğal olunmuş Abxaziyanın qondarma parlamenti Rusiya ilə Abxaziya arasında Bişvinta keçmiş dövlət bağ evlərinin Rusiyaya verilməsi haqqında sazişi ratifikasiya edib.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: abxaziya Bişvinti Salome Zurabişvili
FaceBook Twitter Google