“İmedi”nin məlumatına görə, İrakli Qaribaşvili baş nazir postunu tərk edir
“İmedi” telekanalının məlumatına görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili vəzifəsini tərk edəcək. Kanal xəbər verib ki, partiyanın qurultayı fevralın 1-də keçiriləcək.

“Bizdə olan məlumata görə, partiyanın sədri vəzifəsini icra edən İrakli Kobaxidzenin namizədliyi baş nazir postuna, baş nazir səlahiyyətlərini icra edən İrakli Qaribaşvili isə partiya sədri postuna təqdim olunacaq”, - deyə telekanal bildirib.

İrakli Qaribaşvili 2021-ci il fevralın 22-dən ikinci müddətə Gürcüstanın baş naziri vəzifəsini icra edir. O vaxtkı baş nazir Qiorqi Qaxaria istefa verdiyini elan etdikdən sonra hakim partiya onu hökumət başçısı vəzifəsinə təyin edib.

İrakli Qaribaşvili siyasətə 2012-ci ildə “Gürcü arzusu” ilə gəlib. O, bir il daxili işlər naziri vəzifəsini tutub, 2013-cü ildə isə baş nazir postunda Bidzina İvanişvilini əvəzləyib. O, 2015-ci ilin sonuna qədər baş nazir vəzifəsini tutub - dekabrın 23-də, axşam saat 20-də istefa verdiyini açıqlayıb.

Qaribaşvili “Gürcü arzusu” hökumətinə Qiorqi Qaxarianın baş nazirliyi dövründə qayıdıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google