Sabah biz Gürcüstanın baş naziri ilə görüşəcəyik və əsas mesaj
onları Avropa yolu ilə işləməyə davam etməyə çağırmaq olacaq,
- deyə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi
Jozep Borrel Brüsseldə xarici işlər nazirlərinin görüşündə gürcü
jurnalistlərə bildirib.
Jozep Borrel bu barədə Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze
ilə sabahkı görüşdə Avropa İttifaqının əsas
mesajının nə olacağı
sualını cavablandırarkən bildirib.
“Sabah baş nazirinizlə görüşəcəyik. Əsas mesaj onları
Avropa yolunda işləməyə davam etməyə çağırmaq olacaq. Onlar yaxşı
işləyirlər və gürcü icmasından güclü dəstək var. Bu, Gürcüstan üçün
yaxşı məqamdır”, - deyə Jozep Borrel bildirib.