Bu gün, fevralın 20-də Batumi-Sarpi beynəlxalq avtomobil yolunun
yaxınlığında daşlar aşıb,
buna görə Sarpiyə giriş yolu bağlanıb.
Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatına görə, yol
artıq təmizlənib və yaxın vaxtlarda nəqliyyatın hərəkəti bərpa
olunacaq.
“Batumelebi”nin
məlumatına görə, daşların uçması nəticəsində
xəsarət alan olmayıb.
“Hazırda [11:30-da] 16 nömrəli marşrut xətti üzrə
hərəkət edən şəhər avtobusları Sarpi şəlaləsinə gedib oradan
qayıdır” – “Batumi Avtonəqliyyatı”ndan
bildiriblər.