Rusiyada Ermənistanın tələbi ilə saxlanılan azərbaycanlı fitnes məşqçisi sərbəst buraxılıb
Azərbaycanın Xarici İşlər Nazirliyi fevralın 21-də Ermənistanın tələbi ilə Moskva hava limanında saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallını Rusiyanın azad etdiyini açıqlayıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan AzadlıqRadiosuna bildirib ki, Kamil Zeynallı Ermənistanda qətldə ittiham olunaraq axtarışdadır.

Azadlıq Radiosunun erməni xidməti mənbələrə istinadən xəbər verir ki, Zeynallı 2020-ci ildə Dağlıq Qarabağda, o vaxtkı separatçı bölgəni əhatə edən müharibədə iki nəfərin ölümündə şübhəli bilinir.

Azərbaycan Dağlıq Qarabağa nəzarəti 2023-cü ilin sentyabrında - bölgənin etnik ermənilərin nəzarətinə keçməsindən 30 il sonra bərpa edib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google