İstintaq xidməti 20 min dollar saxta pulu dövriyyəyə buraxan 3 nəfəri saxlayıb
Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən saxta pulların satılması ilə bağlı 3 nəfər saxlanılıb.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər bir işdə qanunsuz maddi sərvət əldə etmək məqsədi ilə Tbilisi şəhərində 19900 ABŞ dolları məbləğində, digər halda isə Batumidə müxtəlif obyektlərdə 4 ədəd 100 dollarlıq, 1 ədəd 50 dollarlıq saxta əskinas satıblar. Araşdırma zamanı sözügedən saxta əskinaslar tamamilə götürülüb”, - deyə istintaq xidmətindən bildirilib.

Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin birinci və ikinci hissələri ilə istintaq davam etdirilir.

Mənbə: Tabula
Print ელ. ფოსტა
FaceBook Twitter Google