Qvaramia “Mtavari”kanalındakı baş direktor vəzifəsindən və sahib olduğu paydan imtina edir

“Mtavari”nin sahiblərindən olan baş direktor Nika Qvaramia televiziyadakı payından və vəzifəsindən imtina edir. Qeydiyyat üçün müvafiq sorğu fevralın 27-də dövlət reyestrinə göndərilib.


“Mtavari”nin partnyorlarının iclasının protokoluna görə, Nika Qvaramia 12%-lik payını hədiyyə olaraq həyat yoldaşı Sofia Liluaşviliyə verəcək, Qiorqi Qabunia isə şirkətin baş direktoru olacaq.
Bundan əlavə, şirkətin 2 direktoru da olacaq - Qiorqi Kurdadze
və Manuçar Axalaia. Onlar bu vəzifəyə şirkətin ən böyük səhmdarları - Bakur Caxaia və BGIM LTD tərəfindən irəli sürülüb.
Bundan əlavə, şirkətin 0,2-0,2%-ə sahib olan iki səhmdarı öz paylarını BGİM LTD-yə keçirəcək.
Dövlət reyestrində bu məsələ ilə bağlı icraat hələ başa çatmayıb.
Məlumdur ki, Nika Qvaramia yaxın günlərdə siyasi komandasını təqdim edəcək və 2024-cü il parlament seçkilərinə hazırlıqlara başlayacaq.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
თეგები: Nika Qvaramia Sofia Liluaşvili
FaceBook Twitter Google