DİN: Liloda 21 yaşlı qızı öldürən şəxsi Zuqdididə saxladıq

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Liloda 21 yaşlı qızı öldürən şəxs saxlanılıb.


“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində tanışı - 2003-cü il təvəllüdlü K.C.-ni Tbilisi şəhərində soyuq silahdan istifadə etməklə ölümcül yaralayıb və hadisə yerindən gizlənib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.T. hadisədən bir neçə saat sonra Zuqdidi bələdiyyəsində saxlanılıb”,
– Daxili İşlər Nazirliyi bildirir.

Həddindən artıq amansızlıqla törədilən qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “M” bəndi ilə aparılır. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Mənbə: Tabula

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google