Freedom House: Gürcüstan hələ də yarı-azad ölkədir
Freedom House beynəlxalq təşkilatının son hesabatına görə, Gürcüstan hələ də 100 baldan 58 balla yarı-azad ölkədir.

Freedom House 2023-cü ildəki hadisələrə əsaslanaraq Gürcüstana siyasi hüquqlar baxımından 40 baldan 22 bal, vətəndaş hüquqları baxımından isə 60 baldan 36 bal verib.

Gürcüstanla bağlı geniş hesabat hələ dərc olunmayıb.

Təşkilatın ümumi hesabatının əsas nəticələrində “Gürcü arzusu”nun ötən il qəbul etdiyi “Rusiya qanunu”ndan bəhs edilir. Lakin kütləvi etirazlardan sonra o, geri çağırılıb.

“Bölgədəki repressiv hökumətlər müstəqil media və vətəndaş cəmiyyətini əcnəbi agent kimi qələmə verən qanunlar təşəbbüsü və ya qəbulu ilə Moskvanın rəhbərliyini izlədilər. 2023-cü ilin əvvəlində Gürcüstan hökuməti “Xarici agentlər haqqında” qanunun öz versiyasını qəbul etməyə çalışdı ki, bu da ifadə və birləşməni əhəmiyyətli dərəcədə sarsıdacaqdı”, - hesabatda deyilir.

Freedom House qeyd edir ki, qanun layihəsi onun əleyhdarlarının kütləvi etirazlarından sonra geri götürülüb.

"Lakin hakim partiyanın deputatları onun ictimai müzakirələrdən sonra yenidən tətbiq oluna biləcəyini bildiriblər", - məlumatda deyilir.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google