Avropa Parlamentində baş verənlər Avropa Parlamentinin
təşəbbüsüdür, - Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel
Herçinskii Avropa
Parlamentinin digər məsələlərlə yanaşı Mixeil Saakaşvilinin də azad
edilməsindən bəhs edən qətnaməsi barədə bildirib.
Onun sözlərinə görə, Avropa Parlamenti və Avropa Parlamentinin
üzvləri öz fikirlərini sərbəst ifadə edə bilərlər.
“Onlar seçiciləri qarşısında məsuliyyət daşıyırlar. Avropa
Parlamenti Avropa İttifaqının təsisatlarından biridir və biz
onların ifadə və fikirlərini ifadə etmə azadlığına hörmətlə
yanaşırıq.Avropa İttifaqının mövqeyinə gəlincə, bizim liderlər, o
cümlədən komissarlar artıq öz fikirlərini bildiriblər. Biz keçmiş
prezident Saakaşvilinin səhhətini çox diqqətlə izləyirik və
Gürcüstan hakimiyyətini onun məhbus və müttəhim kimi məhkəmədə
bütün hüquqlarını qorumağa çağırırıq və təbii ki, Avropa Birliyi
hər hansı bir şəkildə iştirak etməlidirsə, Gürcüstanın və onlar
istəsələr, hakimiyyətin tam sərəncamındayıq. Deməli, Avropa
Parlamentində baş verənlər Avropa Parlamentinin təşəbbüsüdür.
Məndən şəxsi fikrimi soruşsanız, şəxsi fikrimi özümə
saxlayacağam”, - Pavel Herçinski bildirib.