İstintaq: Evdə qumar biznesi təşkil edən 2 nəfəri saxladıq

İstintaq xidmətinin məlumatına görə, yaşayış evində oyun biznesi obyekti yaradan 2 nəfər saxlanılıb.


Qurumun açıqlamasına görə, bu obyektdən ölkə hüdudlarından kənarda fəaliyyət göstərən internet kazinolarının saytlarına müvafiq məcburi icazə olmadan internet vasitəsilə müxtəlif növ qumar oyunları ötürülüb.

“Obyekt qanuni fəaliyyət göstərdiyi halda icazə haqqı kimi dövlət büdcəsinə 100 min lari daxil edilməli idi. Araşdırmalar zamanı büdcəyə
dəymiş ziyan tam ödənilib”,
- deyə məlumatda bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin ikinci hissəsi ilə istintaq başlayıb. Cinayət 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google