Ər və arvad 68 qram metadon alıb saxladıqlarına görə 10 il müddətinə azadlıqdan məhrum ediliblər

Xelvaçauri Rayon Məhkəməsi ər və arvadı qrup halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq alınması və saxlanmasında təqsirli bilib və onları 10 il müddətinə azadlıqdan məhrum edib. Məlumatı prokurorluq yayıb.


“Məhkəmə prosesi zamanı tədqiq edilən sübutlarla sübut edilib ki, xarici ölkənin vətəndaşları olan ər və arvad qrup halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə –
68,3252 qram metadon alıb saxlayıblar”.
– prokurorluğun bəyanatında yazılır.

Təqsirləndirilən şəxslər 260-cı maddənin 3-cü hissəsinin “b” və 6-cı hissəsinin “a” bəndləri ilə ittiham olunublar.

Mənbə: Tabula

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google