Arvadının 15 yaşlı bacısı qızına cinsi təcavüz edən şəxs saxlanılıb

Batumidə arvadının 15 yaşlı bacısı qızına cinsi təcavüz edən kişi saxlanılıb - məlumatı Tabula Daxili İşlər Nazirliyi təsdiqləyib.


Mövcud məlumata görə, saxlanılan şəxs bir neçə dəfə yeniyetməni zorlamağa cəhd edib. Azyaşlı faktları xalasına danışıb, bundan sonra qadın bacısı qızına fiziki təzyiq göstərib.

Tabulaya DİN-dən verilən məlumata görə, həmin şəxs Mülki Məcəllənin 138-ci maddəsinə əsasən saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, azyaşlının xalası da Mülki Məcəllənin 126-cı (məişət zorakılığı) maddəsi ilə ittiham olunub.

Mənbə: Tabula

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google