Fevralda tikinti indeksi əvvəlki ayla müqayisədə 2,6% artıb – Milli Statistika Xidməti
2024-cü ilin fevral ayında tikinti xərcləri indeksi bir əvvəlki aya görə 2,6 faiz artıb - məlumatları Milli Statistika Xidməti dərc edib. Qurumdan verilən məlumata görə, dəyişiklik əsasən tikinti sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının 16,7 faiz artması ilə əlaqədar olub ki, bu da ümumi indeks dəyişikliyində 2,84 faiz bəndi təşkil edib.

"Ötən ilin müvafiq ayı ilə müqayisədə tikinti xərcləri indeksi 9,9 faiz artıb. İndeksin artımına əsasən tikinti sektoru səbəb olub.

Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 46,8 faiz, tikinti materiallarının qiymətlərinin 2,5 faiz artması indeksin ümumi dəyişməsində müvafiq olaraq 8,4 və 1,44 faiz bəndi artmışdır. Bundan başqa, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərclərinin indeksi 15,1 faiz artıb”,
- Milli Statistika Xidmətinin hesabatında yazılıb.
Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google