Daxili İşlər Nazirliyindən verilən məlumata görə, patrul
inspektorlarını soyuq silah nümayiş etdirərək öldürməklə hədələyən
şəxs tutulub.
“İctimaiyyəti məlumatlandırmaq üçün aydınlıq gətirmək
istərdik ki, bu il aprelin 8-də patrul polis şöbəsinin əməkdaşları
xidməti vəzifələrini yerinə yetirərkən yolun kənarında sürücüsünün
olduğu avtomobili görüblər, polis ekipajını görüncə avtomobil
sürücüsü maşını işə salaraq yolun kənarına çıxaraq gizlənməyə
çalışıb.
Patrul müfəttişləri dəfələrlə avtomobil sürücüsünü polislərin
qanuni tələblərinə tabe olmağa çağırıblar.
Polisin şəxsi sakitləşdirmək üçün çoxsaylı çağırışlarına
baxmayaraq, sərxoş sürücü özünü aqressiv aparıb.
Maşından düşəndən sonra o, soyuq silah nümayiş etdirərək patrul
müfəttişlərini öldürməklə hədələyib.
O, polis əməkdaşlarından birinə yerindəcə fiziki təzyiq göstərib.
Dəfələrlə müxtəlif ağır cinayətlərə görə məhkum olunmuş adıçəkilən
şəxs patrul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə araşdırma
aparılır”, - Daxili İşlər Nazirliyinin məlumatında
deyilir.
İstintaq xidməti vətəndaşın tutulması zamanı polisin
səlahiyyətlərindən sui-istifadə etməsi faktını araşdıracaq.
“2024-cü il aprelin 8-də Xüsusi İstintaq Xidməti
vətəndaş Malxaz Qiorqadzenin tutulması zamanı patrul polisi
əməkdaşlarının xidməti səlahiyyətlərindən sui-istifadə etməsi faktı
ilə bağlı “b” yarımbəndində nəzərdə tutulmuş cinayət əlamətləri ilə
araşdırmaya başlayıb", - agentliyin məlumatında
deyilir.
“Mtavarinin” məlumatına görə, həmin şəxs Malxaz Qiorqadzedir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.