Elisaşvilinin sözlərinə görə polislər onu “amansızcasına döyüblər"

Aprelin 18-də gecə yarısı hökumət administrasiyası yaxınlığında keçirilən etiraz aksiyasında polis

tərəfindən avtomobilə mindirilən “Vətəndaşlar”ın lideri Aleko Elisaşvili bildirib ki, hüquq-mühafizə orqanları onu “amansızcasına döyüblər”. Elisaşvili deyib ki, onun qabırğalarından biri sınıb.

“Dərhal Vaja Siradzenin (Patrul Polis İdarəsinin direktoru) göstərişi ilə bir neçə polis məni sürüyüb apardı, o zaman mən yıxılmışdım və orada məni amansızcasına döydülər. Sonra bir neçə saat orada oldum, məni DİN-in Didubi şöbəsinə, Tsereteliyə apardılar. Normal, insani mühit var idi.

Klinikaya gəldim, çox ağrıdı və məlum oldu ki, qabırğam sınıb. Döyüşlə "Ancelina Colinin dodağını qazandım",
- deyə Aleko Elisaşvili bildirib.

"Ötən gecə saat 00:00 radələrində polis “Agent qanunu”na qarşı keçirilən aksiyada Elisaşvilini hökumət administrasiyasının binasında zorla ərazidən çıxarıb.

Daha sonra ictimai müdafiəçi Levan Yoselian sosial şəbəkədə "Aleko mənimlədir!" Özünü normal hiss edir”, - deyə yazıb.

Gürcüstan Parlamentinin əksəriyyəti aprelin 17-də birinci oxunuşda “Agentlər haqqında qanun”u qəbul edib və bunun ardınca Tbilisidə Parlament binasıı yaxınlığında genişmiqyaslı etiraz aksiyaları keçirilib.

“Gürcü Arzusu” özünün təşəbbüskarı olduğu “xarici təsirlərin şəffaflığı haqqında qanun layihəsi”ndə xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin şəffaflığını və dövlət suverenliyinin qorunmasını hədəfləyir.

Vətəndaş cəmiyyəti və müxalifət partiyalarının böyük bir hissəsi qanunu rusyönümlü adlandırır və hesab edir ki, hakim partiyanın məqsədi demokratiyanın inkişafı ilə bağlı fəaliyyət göstərən təşkilatları məhdudlaşdırmaq və Avropa Birliyinə üzvlük prosesini əngəlləməkdir.

Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Gürcüstan hakimiyyətinə dəfələrlə xəbərdarlıq edib ki, qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına doğru irəliləməsinə mənfi təsir göstərəcək.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google