Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib – Robin Danniqan
Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlıqla bağlı danışıqlardan imtina edib.

Bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqanın bəyanatında bildirilib.

Qeyd olunub ki, səfirlik bu yaxınlarda Gürcüstan hökumətinin ali səviyyəli üzvlərini ABŞ-ın ən yüksək səviyyəli liderləri ilə strateji tərəfdaşlıqla və ABŞ-ın yardımları ilə bağlı istənilən narahatlıqları birbaşa müzakirə etməyə dəvət edib.

“Təəssüf ki, Gürcüstan tərəfi bu
dəvəti qəbul etməməyi seçdi”,
– səfirin bəyanatında bildirilib.

Səfir Gürcüstan hökumətinin son həftələrdə ölkəni Avro-Atlantik gələcəyindən uzaqlaşdıran seçimlər etdiyini qeyd edib.

“Təəssüf ki, hakim partiya Avropa İttifaqının Gürcüstanın Aİ istəkləri ilə bir araya sığmadığını açıq şəkildə bəyan etdiyi qanun layihəsini irəli aparmaqda qətiyyətli görünür. Bundan başqa hakim partiyada bəziləri Gürcüstanın suverenliyinin ən böyük dəstəkçiləri olan ABŞ və Aİ-yə hücum etməyi seçiblər”, - Deqnan qeyd edib.

Diplomat Gürcüstan hökumətini ölkəni Konstitusiyada qeyd edilmiş Avro-Atlantik kursuna geri qaytarmağa çağırıb.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google