Marneulidə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
Bu gün, 8 may tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı, Marneuli meriyasının əməkdaşları, digər dövlət qurumlarının əməkdaşları, din xadimləri, ziyalılar, ictimai-siyasi xadimlər və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Tədbir iştirakçıları ilk olaraq “Azərbaycan Evi”-ndə nümayiş etdirilən foto sərgi ilə tanış oldular.
Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, habelə dünya liderləri ilə görüşlərini əks etdirən fotolar nümayiş etdirildi.

“Azərbaycan Evi”ndə keçirilən tədbirdə Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra isə tədbir iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətindən danışdılar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google