BMT Təhlükəsizlik Şurası ABŞ-ın Qəzzada atəşkəs planını qəbul edib
BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib.

Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib.

Yalnız Rusiya səsvermədə bitərəf qalıb.

ABŞ-ın təklif etdiyi qətnamə yeddi bənddən ibarətdir. Bunlardan birincisi, HƏMAS razılaşmanı qəbul etməli və həmçinin bütün tərəflər heç bir şərt və ya
gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməlidir.

Bundan əlavə, sənəddə vurğulanıb ki, atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox uzanarsa, danışıqlar davam etdiyi müddətdə atəşkəs qüvvədə qalacaq.

Qətnamədə həmçinin BMT-yə üzv olan bütün ölkələri sazişin həyata keçirilməsini dəstəkləməli, İsrail və Fələstin arasındakı münaqişənin iki dövlətin dinc yanaşı yaşaması əsasında həllinə sadiqliyi bir daha təsdiqləməlidirlər.
Mənbə: report.az

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google