Vəkil Laşa Tkeşeladze deyir ki, apreldə "rus qanunu"na etiraz
zamanı Qldani həbsxanasında saxlanılan 20 yaşlı gəncə “tituşkalar”
göndərilib.
Hüquq müdafiəçisinin sözlərinə görə, saxlanılan şəxs şifahi və
psixoloji təzyiqlərə məruz qalıb. Fiziki qisas cəhdi də olub,
baxmayaraq ki, vəkil digər məhbusların “tituşkaya” imkan
vermədiyini deyir.
“Publica” Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb, orada belə bir
faktın baş vermədiyini
bildiriblər.
Vəkilin sözlərinə görə, söhbət aprel ayında rus qanunlarına qarşı
keçirilən etiraz aksiyası zamanı iki maddə üzrə 353 prima, polisə
hücum və 187 başqasının əmlakına ziyan vurmaqla həbs edilən 20
yaşlı oğlandan gedir.
Vəkilin sözlərinə görə, saxlanılan şəxs barəsində 2 ay müddətinə
həbs qətimkan tədbiri seçilib. Növbəti proses iyulun 1-də
keçiriləcək.
Vəkil deyir ki, ictimai müdafiəçini də onlar təyin ediblər.
Ombudsman hələlik məsələ ilə bağlı açıqlama verməyib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.