KİV: Mark Ruttenin NATO-nun yeni Baş katibi postuna seçilməsi təsdiqlənir
Mark Ruttenin NATO-nun yeni Baş katibi postuna seçilməsi daha çox təsdiq alır.

Slovakiya Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun yeni baş katibi seçilməsinə dəstək verməyə hazır olduğunu bəyan edib.

Niderland qəzetləri bu gün anonim rəsmi mənbələrə əsaslanaraq yazıb ki, Macarıstan da Ruttenin seçilməsini dəstəkləməyə razılıq vermək üzrədir.

Rutte Brüsseldə Aİ sammiti çərçivəsində Orbanla görüşdükdən
sonra jurnalistlərə açıqlamasında “Macarıstan haqqında nikbinəm”, - deyə bildirib.

Qeyd edək ki, Macarıstanın yeni mövqeyi ilə bağlı xəbərlər rəsmi təsdiqlənərsə, Ruttenin seçilməsinə yaşıl işıq yandırmayan yeganə NATO üzvü Rumıniyadır.

Xatırladaq ki, Rumıniya Prezidenti Klaus İohannis da bu posta namizədliyini irəli sürüb.
Mənbə: apa.az

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
თეგები: Mark Rutten NATO
FaceBook Twitter Google