AVRO-2024: Son 1/8 finalçılar bəlli olur
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinə keçiriləcək dörd görüşlə yekun vurulacaq.

Əvvəlcə E qrupunda qərarlaşan komandaların görüşündə Slovakiya Rumıniya ilə, Ukrayna isə Belçika ilə üz-üzə gələcəklər. Hər iki görüş Tbilisi vaxtı ilə saat 20:00-da start götürəcək.

F qrupunda isə Çexiya Türkiyə ilə, Gürcüstan isə Portuqaliya ilə qarşılaşacaq. Bu görüşlər qrup mərhələsindəki sonuncu
qarşıdurmalar olacaq. Hər iki matç Tbilisi vaxtı ilə saat 23:00-da başlanacaq.

Rumıniya, Belçika, Slovakiya və Ukraynanın qərarlaşdığı E qrupunda vəziyyət kirtikdir. Komandaların hərəsinin aktivində üç xal olduğundan bu turda qalib gələn komanda növbəti mərhələyə yüksələcək. Əgər görüşlərdən hər hansındasa heç-heçə qeydə alınarsa, o zaman komandalar arasındakı top fərqinə baxılacaq.


Hazırda aktivində altı xalı olan Portuqaliya millisi F qrupunun lideri olduğundan 1/8 final mərhələsinə vəsiqəni təmin edib. İkinci pillədəki Türkiyə seçməsinin aktivində üç xalı var. Çexiya və Gürcüstan isə hərəyə bir xalla üçüncü və dördüncü pillələri bölüşürlər.

Türkiyə millisinə növbəti mərhələyə adlamaq üçün heç-heçə də kifayət edir. Amma Vinçenzo Montellanın komandası Çexiya ilə görüşdə qalib gələrək 1/8 finala rahat yollanmaq niyyətindədir. Türkiyəlilər Çexiya ilə görüşdə məğlub olacaqları təqdirdə növbəti mərhələyə turnir cədvəlinin ən yaxşı üçüncüsü kimi yollanmaq məcburiyyətində qalacaqlar.

Gürcüstan seçməsinin isə növbəti mərhələyə adlamaq üçün yeganə şansı Portuqaliya millisinə qalib gəlməkdir. Gürcüstanlılar qalib gələcəkləri təqdirdə və Türkiyə Çexiya görüşündə heç-heçə qeydə alınarsa, turnirlə vidalaşmalı olacaqlar. Əgər Portuqaliya seçmə komandası qalıb gələrsə, Gürcüstan Avropa çempionatındakı mübarizəsini dayandırmalı olacaq.


25 iyun

E qrupu

Slovakiya - Rumıniya

Saat 20:00, "Deutsche Bank Park"

Ukrayna - Belçika

Saat 20:00, "MHPArena"

F qrupu

Çexiya - Türkiyə

Saat 23:00, "Volksparkstadion"

Gürcüstan - Portuqaliya

Saat 23:00, "Veltins Arena"

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google