Bidzina İvanişvili Gürcüstan futbol komandasını qələbə
münasibətilə təbrik edib.
“Gürcü arzusu” bu barədə məlumat dərc edib və milli komandaya 30
milyon lari mükafat veriləcəyini qeyd edib.
"Eyni zamanda Bidzina İvanişvilinin təşəbbüsü ilə 1/8 finalda
İspaniyaya qalib gələrək növbəti mərhələyə adlayacağı təqdirdə
Gürcüstan millisi mükafat olaraq əlavə 30 milyon lari alacaq. Fəxri
sədr “Gürcü Arzusu” bu tarixi
və arzuladığı qələbəyə görə futbol
komandasının hər bir oyunçusuna, məşqçilər korpusuna və gürcü
azarkeşlərinə təşəkkürünü bildirir”.
Gürcüstan Avropa çempionatının qrup mərhələsində Portuqaliyaya 2:0
hesabı ilə qalib gəlib və 1/8 finalda İspaniya ilə
qarşılaşacaq.