28 iyun tarixində Marneuli ərazisində hava necə olacaq
Bu gün, 28 iyun tarixində Marneuli ərazisində gündüz saatlarında havanın əsasən günəşli keçəcəyi gözlənilir. Gecə saatlarında bələdiyyədə hava parçalı buludlu olacaq. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bələdiyyədə zəif küləyi əsəcək.

Havanın temperaturu gündüz +28 dərəcə, gecə isə +18 dərəcə isti olacaq.

29 iyunda Marneuli bələdiyyəsində gündüz saatlarında yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Gecə saatlarında bölgədə hava parçalı buludlu olacaq. Havanın temperaturu gündüz saatlarında +27 dərəcə, gecə isə +19 dərəcə isti olacağı gözlənilir.

30 iyun tarixinə gəlincə isə Marneuli ərazisində gündüz saatlarında buludlu hava müşahidə ediləcək. Gecə bələdiyyədə yenidən yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz saatlarında havanın temperaturu +26 dərəcə, gecə isə +19 dərəcə isti olacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google