Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Xarici işlər naziri gürcü tərəfini Avropa çempionatında qrup
mərhələsinin üçüncü oyununda əldə edilmiş qələbə münasibətilə
təbrik etdi və Gürcüstanın Azərbaycanda çoxlu tərəfdarının olduğunu
qeyd etdi.
“Tərəflər Gürcüstan və Azərbaycan arasında möhkəm
dostluq əlaqələrini vurğuladılar və iki ölkə arasında strateji
tərəfdaşlığın gələcək inkişafına hazır olduqlarını təsdiq
etdilər.
Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətləri
müzakirə etdilər. Həmçinin, enerji resurslarının nəqli üçün sürətli
və etibarlı marşrut kimi Orta Dəhlizin artan əhəmiyyətinə diqqət
yetirilib. Görüşdə nəqliyyat və enerji layihələrindən danışıblar.
Qara dəniz sualtı kabel layihəsi vurğulanıb.
Görüşdə regional sülhün əhəmiyyəti qeyd edildi. Azərbaycan və
Ermənistan arasında sülh sazişi ilə bağlı davam edən danışıqlara
toxunulub” – Gürcüstan Parlamentinin məlumatında qeyd
olunub.
Şalva Papuaşvili, Gürcüstanın regional sabitliyi və sülhü, o
cümlədən parlament diplomatiyası çərçivəsində dəstəkləməyə hər
zaman hazır olduğunu bildirib.
Görüşdə parlament sədrinin müavini Arçil Talakvadze, parlamentin
üzvləri: Nikoloz Samxaradze, Mariam Laşxi, Savalan Mirzoyev, Zaur
Darğallı və Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab
Pataradze iştirak edirdilər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415