Bu gün, yerli vaxtla saat 07:43-də Azərbaycanın Lerik
rayonu ərazisində 5 bal gücündə zəlzələ olub.
Bu barədə AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji
Xidmət Mərkəzindən məlumat verilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik
stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə
alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik,
Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabadda 4 bal, digər
rayonlarda 3 bal gücündə hiss olunub", – məlumatda qeyd olunub.
Zəlzələ ocağının dərinliyi 18 km-dir.
Bundan başqa Azərbaycanın Fövqəladə Hallar Nazirliyi də məlumat
yayaraq bildirib ki, ölkənin cənubunda baş vermiş zəlzələ
nəticəsində hər hansı dağıntı
və ya insan itkisi barədə məlumat
daxil olmayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415