Marneulidə məktəb qarət olundu
Bu gün, 3 noyabr tarixində Marneuli 1 saylı məktəbinin direktorunun kabineti qarət olunub.
Qeyd edək ki, 1 saylı məktəb tikinti işlərinə görə artıq üçüncü ildir ki, tədris prosesinin 8 saylı ictimai məktəbin binasında davam etdirir. 1 saylı məktəbin direktoru Ketevan Merabişvilinin dediyinə görə, hadisədən ilk öncə 8 saylı məktəbin direktoru xəbər tutub. qeyd edək ki, hər iki direktorun kabineti yan-yanadır. Merabişvilinin dediyinə görə, üç ədəd kompüter oğurlanıb ki, həmin kompüterlərdə də şəgirdlərin şəxsi işi saxlanılırmış.

Direktor hadisənin səbəblərini bilmədiyini deyir. Qeyd olunmalıdır ki, Ketevan Merabişvili məktəb ərazisinə kənar şəxslər daxil olduğuna görə, əvvəllər də polis çağırmalı olub.

Məktəbin nə mandatur xidməti var, nə də təhlükəsizlik kameraları quraşdırılıb.

Hal-hazırda hadisə yerinə patrul polisi cəlb olunub və ekspert-kriminalist polislərin gəlməsini gözləyirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google