Marneulidə daha bir qarət hadisəsi baş verib - Video
Bu gün, 3 noyabr tarixində səhər saatlarında Marneulinin Qızılhacılı kəndində qızıl ticarəti ilə məşğul olan X.Balakişiyev və atası A.Balakişiyev avtomobili naməlum şəxslər tərəfindən qarət olunublar.
24News.ge-nin xəbərinə görə, hadisə səhər saat 9:00 radələrində baş verib.

Hadisə yerindən verilən məlumata görə, X.Balakişiyev və atası A.Balakişiyev səhər saatlarında öz avtomobilləri ilə Marneuli bazarındakı iş yerinə gedərkən onun avtomobilinə
naməlum şəxslər hücum ediblər. Qarşı durma baş verib, avtomobilin yan pəncərələri sındırılıb və avtomobildə olan qızıl-zinət əşyaları oğurlanıb.

Hal-hazırda hadisə yerində Daxili İşlər Nazirliyinin əməkdaşları araşdırma aparır.



Mənbə: 24News.ge
Print ელ. ფოსტა
თეგები: Qızılhacılı qarət Marneuli
FaceBook Twitter Google