“Bu rəsmi mövqe idi, təfərrüatları barədə görüşək və ətraflı şəkildə danışacağam” - Ruslan Hacıyev Marneuli sakinlərinin ehtiyacı barədə

Marneuli majoritar deputatı Ruslan Hacıyev sakinlərin problemləri barədə sabah, 6 noyabr tarixində məlumat verəcək.


“Marneuli” radiosu “Gürcü Arzusu”nun sədri Bidzina İvanişvilinin prezident seçkilərinin ikinci turu öncəsi xalqın xəyal qırıqlığı və məyusluğunu başa düşdüyü barədə danışdığı video müraciəti yayımlandıqdan sonra Ruslan Hacıyevə sualla müraciət etdi.

Ruslan Hacıyev deyir ki, Marneuli sakinlərinin fikirləri və ehtiyaclarını o, da yaxşı bilir, lakin bu mərhələdə rəsmi şərhdən imtina etdi və sabah müsahibə verəcəyini vəd etdi.

“Bu rəsmi mövqe idi, təfərrüatları barədə sabah görüşək və ətraflı şəkildə danışacağam”, - deyə Ruslan Hacıyev bildirdi.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google