Marneulidə "SOCAR" yanacaq doldurma məntəqəsi qarət olunub (VİDEO)
Bu gün, 9 noyabr tarixində Qızılhaclı kəndində yerləşən "SOCAR" yanacaq doldurma məntəqəsi qarət olunub. Hadisə gecə 04:00 radələrində baş verib. Oğurluq hadisəsində üç nəfərin iştirak etdiyi bildirilir. Yanacaq doldurma məntəqəsinə qapının şüşəsini sındıraraq daxil olublar. Hadisədə yanacaq doldurma məntəqəsinin işçisi yüngül xəsarət alıb. Ofisdən yalnız pul oğurlandığı bildirilir.

Oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırılma aparılır.





Print ელ. ფოსტა
FaceBook Twitter Google