Saat 17:00 üçün olan məlumata görə, İmir kəndində seçicilərin 54% səsvermədə iştirak edib
Marneuli rayonunun İmir kəndində yerləşən 59 saylı seçki məntəqəsində 1198 seçici qeydiyyatdadır. Xüsusi siyahıda 6, səyyar qutu üçün nəzərdə tutulan siyahıda isə 29 seçici var.

Saat 17:00-dək artıq 647 seçici öz seçimini edib.

Bu vaxtadək məntəqədə şikayət ərizəsi yazılmayıb.





Xatırladırıq ki, prezident seçkilərinin birinci turunda İmir kəndində fiziki qarşıdurma olmuşdu. “Çoxmillətli Gürcüstan” təşkilatının müşahidəçiləri bildirdilər ki, onlar hüquq mühafizəçilərini çağırıblar.

“Marneuli” radiosunun əldə etdiyi məlumata görə, İmir seçki məntəqəsində seçici səs verməyə gəlib, lakin onun əvəzinə artıq səs veriblərmiş.

Çoxmillətli Gürcüstan” qeyri-hökumət təşkilatı keçirdiyi brifinqdə 22 saylı Marneuli Seçki Dairəsində bir sıra qanun pozuntuları qeydə alıblar.

59 saylı seçki məntəqəsi gec açılıb. Bu məntəqədə müşahidəçilər tərəfindən təbliğata cəhd faktları qeydə alınıb. Seçki məntəqəsi ərazisində vətəndaşlardan biri Salome Zurabişvilini təbliğ edən köynək geyibmiş.

İmir kəndinin 59 saylı seçki məntəqəsində seçkilərin birinci turunda Birləşmiş Müxalifətin namizədi Qriqol Vaşadze 291 səsələ ən çox səs sayı toplamışdı. “Gürcü Arzusu” tərəfindən dəstəklənən müstqəil namizəd Salome Zurabişvili isə 222 sseçicinin etimadını qazanmışdı.
Print ელ. ფოსტა
თეგები: Seçkilər - 2018 Marneuli İmir
FaceBook Twitter Google