59 saylı məntəqədə Bələdiyyə Məclisinin sədr müavinini seçki protokolunu qaçırmaqda ittiham edirlər
Birləşmiş Müxalifətin nümayəndələrin dediyinə görə, İmir kəndində yerləşən 59 saylı seçki məntəqəsində səsləri sayılması prosedura həyata keçirilərkən Marneuli Bələdiyyə Məclisini sədr müavini Mamuka Naveriani məntəqəyə daxil olub.

O, hüquq mühafizəçilərinin yardımı ilə məntəqədən protokolu götürüb. Məntəqədə olan müxalifət nümayəndələri deyirlər ki, məntəqədə seçkini müxalifətin namizədi Qriqol Vaşadze udurdu.

Birləşmiş Müxalifətin nümayəndələrinin dediyinə görə, hüquq mühafizəçiləri onların bir neçə fəalına qarşı güc tətbiq edib.

Hal-hazırda müxalifət nümayəndələri, yerli sakinlər və hüquq mühafizəçiləri İmir seçki məntəqəsi ərazisinə toplaşıblar. Orada olanlar yol bağlamağa cəhd ediblər. İmir kəndi Marneuli-Sadaxlı yolu üzərində yerləşir.

“Marneuli” radiosunun jurnalistləri Mamuka Naveriani ilə əlaqə yaratmağa çalışırlar. Əməkdaşlarımız Bələdiyyə Məclisinin sədr müavininin əmisi, Parlamentin majoritar deputatı Tamaz Naveriani ilə əlaqə saxlayıblar. O, bildirib ki, Mamuka Naverianinin məntəqədə olmaq hüququ var, belə ki, o, müşahidəçi kimi qeydiyyatdan keçib.




Print ელ. ფოსტა
FaceBook Twitter Google