Kvemo Kartli televiziyası meriyanın tenderindən aldığı diskvalifikasiyanı şikayət edəcək
Marneuli meriyası tərəfindən televziya xidmətinin alınmasında qalib gələn şirkətə diskvalifikasiya verilib.
İlk əvvəl qalib şirkət olaraq Kvemo Kartli tele-şirkəti qeyd olundu. Media vasitənin direktori Giorgi Mqalobelişviliyə hələ də qeyri-müəyyən qalır ki, Marneuli meriyası hansı prinsiplə ona diskvalifikasiya verib.

“Mənə diskvalifikasiyanın səbəb aydın deyil. Tamamilə absurd sözlər yazırlar və bu təsəvvür edilməzdir. Tənzimləmə Komissiyasının sərəncamına zidd hərəkət edirlər
və məndən elə sənəd istəyirlər ki, fiziki olaraq bu mümkün deyil. Gürcüstanda, Marneuli ərazisində neçə faizi əhatə etdiyini müəyyən etmək mümkün deyil. Bununla bağlı tənzimləyici tərəfindən verilmiş müvafiq sərəncam yükləmişəm. Lazım olan hər şeyi yükləmişəm, ancaq mənə yazdılar ki, siz Marneuli bələdiyyəsinin 80%-ni əhatə etdiyinizi təsdiq edə bilmirsiniz”
- Giorgi Mqalobelişvili deyir.

Mqalobelişviliyə tenderdə yazmadıqları halda, meriyanın qəti şəkildə studiyanın Marneulidə olmasını tələb etməkləri də aydın deyil.

“Tenderdə yazılıb ki, texniki maddi bazam olmalıdır və bu mənə və tənzimləyici komissiyaya üçün ötürücü deməkdir. Ötürücü isə Marneulidə varımızdır. Heç yerdə yazılmayıb ki, studiya mütləq Marneulidə olmalıdır” - Giorgi Mqalobelişvili deyir.

Kvemo Kartli tele-radio şirkətinin direktoru diskvalifikasiyaya görə şikayət daxil etməyi planlaşdırır.
Marneuli merinin müavini Laşa Lobjanidze Kvemo Kartli televiziyasına qarşı tender komissiyasının qərarını düzgün hesab edir.

“Onlar qalib gəldilər, ancaq sonra dəqiqləşdirmək üçün müəyyən məsələlər lazım idi və təsdiqləyə bilmədilər və diskvalifikasiya verdik. Əgər bizim qərarımız onlar üçün sübut olunmuş hesab olunmursa və əgər şikayət edəcəklərsə geridə qalanını mübahisələr üzrə şura müzakirə edəcək” - Laşa Lobjanidze deyir.

Növbəti müzakirə olunacaq məsələ “Marneuli Tv”dir. Marneuli Tv son bir neçə il ərzində oxşar tenderdə müqaviləsiz qalib gəlirdi, ancaq 2019-cu ildə meriyanın fəaliyyətini işıqlandırmaq üçün rəqib Kvemo Kartli televiziyası çıxdı.

Kvemo Kartli tele-radio şirkəti meriyanın televiziya xidmətini Marneuli Tv-dən fərqli olaraq 16 000 lari dəyərində az məbləğəyerinə yetirməyi təklif edib.

Hələ ki, meriyanın fəaliyyətini kimin işıqlandıracağı məlum deyil. Ancaq bütün bunları öz üzərinə götürəcək şirkət bir il ərzində iki dildə (gürcü-azəraycan dilində) əhalinin, yerli hakimiyyətin nümayəndə və icraçı orqan kimi məlumatlandırılması məqsədini daşıyan məlumat yayımlamaq öhdəliyini yerinə yetirməlidir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123