Marneuli Bələdiyyə Məclisinin üzvü, “Milli
Hərəkat”-ın liderlərindən biri olan Rəhim Əsgərov
saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, o, rüşvət almaqda
ittiham olunur.
“Daxili İşlər Nazirliyi rüşvət alma faktı ilə əlaqədar olaraq,
Marneuli Bələdiyyə Məclisinin deputatı, “Vahid Milli Hərəkat”ın
üzvünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri
nəticəsində Marneuli Bələdiyyə Məclisinin deputatı, “Vahid Milli
Hərəkat”ın üzvü 1976-cı ildə anadan olmuş R. Ə.-ni hakimin hökmü
əsasında saxlayıb.
Törədilmiş cinayətə görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur.
İstintaq nəticəsində müəyyən olmuşdur ki, Marneuli Bələdiyyə
Məclisinin deputatı vətəndaş Ş.M.-ə 3000 lir qarşılığında dövlət
strukturlarından birində işlə təmin olunmağı vəd edib. Ş.M. həmin
məbləğin yarısını – 1500 larini əvvəlcədən, qalan hissəsini isə
daha sonra verməli imiş.
Ş.M. və R.Ə. bu il 7 mart tarixində Marneulidə görüşüblər və Ş.M.
Bələdiyyə Məclisinin deputatına 1500 lari verib, qalan məbləği isə
20 mart tarixində verib. Hüquq mühafizəçiləri R.Ə.-ni hakimin hökmü
əsasında 28 mart tarixində Marneulidə saxlayıblar.
Rüşvət alma faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci
maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır”, – deyə DİN-in
bəyanatında deyilir.