Meriya İmir təpəsində infrastrukturun yaradılmasının layihə-smeta sənədlərinə 101 695 lari xərcləyəcək
Marneuli bələdiyyəsinin İmir kəndində arxeoloji
kompleksin yerləşdiyi təpədə infrastrukturun yaradılmasının
layihə-smeta sənədinin hazırlanması üçün tender elan
olunub.
Marneuli meriyası layihə-smeta sənədinin hazırlanmasına 101 695
lari xərcləyəcək.
Tenderin şərtlərinə görə, İmir təpəsində infrastrukturun
yaradılması məqsədilə ərazi funksiyalarına görə zonalara ayrılacaq,
Marneuli-Sadaxlı magistralından arxeoloji abidənin yerləşdiyi
təpənin ətəklərinədək işıqlandırılmış, baryer və yaşıl bitkilər
olan beton yol çəkiləcək, Marneuli-Sadaxlı magistralında təpəni
göstərən məlumat baneri yerləşdiriləcək, arxeoloji abidənin üstü
kərpic evlərin xüsusiyyətlərinə və müasir beynəlxalq təcrübəyə
uyğun şəkildə örtüləcək və fiziki imkanları məhdud şəxslər üçün
uyğunlaşdırılacaq.
“Marneulidəki Neolit dövrünə aid arxeoloji qazıntılara XX əsrin
60-cı illərindən başlanılıb (Şulaveri təpəsi, İmir təpəsi) və
mərhələli şəkildə davam edirdi. Aparılmış bu qədər araşdırmanın
nəticəsində dünya elmi dairələri tərəfindən də təsdiq olundu ki,
insanlar üzüm tənəyini ilk dəfə Marneuli bələdiyyəsinin ərazisində
becərib və şərab hazırlayıb”, – tender şərtlərində qeyd edilib.
Marneuli yerli özünüidarə orqanı tenderi 4 iyun tarixində elan
edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 15-20 iyun
tarixlərində öz təkliflərini təqdim edə bilərlər.
“Marneuli”
radiosu