“Kasıbçılığın aradan qaldırılması üçün su” – Marneuli meriyasında işgüzar görüş keçirilib
26 iyun tarixində Marneuli Meriyasında "Yoxsulluğu aradan qaldırmaq üçün su" lahiyəsi və "Gürcüstan WASH (su, sanitariya və gigiyena) icma təşəbbüsü" layihəsinin təqdimatı keçirilib.

Təqdimat mərasimində Marneuli meri Zaur Darğallı, merin müavini Laşa Lobjanidze, Bələdiyyə işçiləri “WASH”-un nümayəndələri iştirak ediblər. Görüş zamanı layihə çərçivəsində həyata keçiriləcək gələcək planlar və prioritet məsələlər müzakirə olunub.

Layihənin əsas məqsədi sosial cəhətdən aztəminatlı ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması, diskriminasiyanın qarşısının alınması, ailələri su ilə təmin edilməsi və maraqlanan şəxslər üçün “WASH” standartlarının yaradılmasıdır.

Qafqazın Ətraf Mühitinin Mühafizəsi üzrə QHT şəbəkəsinin (CENN) layihələr üzrə koordinatoru Marika Tsikoridzenin sözlərinə görə, meriya nümayəndələri ilə “WASH” şurasının yenilənməsi məsələsini müzakirə ediblər. Şuraya QHT və İctimai fəal üzvlərlə birgə Marneuli yerli özünüidarəsinin nümayəndələri də daxil olacaqlar. Tsikoridze açıqlamasında bildirir ki, meriya nümayəndələri ilə birgə eləcə də “CENN”-nin yaxın gələcəkdə elan edəcəyi müsabiqəni də müzakirə ediblər. Həmçinin, içməli su problemindən əziyyət çəkən kəndlərdən də söhbət açıblar.

Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია