Marneulili Davit Qeqia şahmat üzrə 3-cü yerin qalibi oldu
Marneuli Gənclər Mərkəzinin təşkil etdiyi şahmat dərnəyinin üzvü Davit Qeqia Şahmat üzrə Gürcüstan çempionatında 3-cü yerin qalibi olub. Tbilisidə keçirilən çempiontda D. Qeqia 3-cü yerdə qərarlaşaraq Marneulini təmsil edib.

28 iyun tarixində Davit Qeqia Marneuli bələdiyyəsində Marneuli meri Zaur Darğallı və Bələdiyyənin Sədri Amiran Qiorqadze ilə görüşüb. Görüş zaman D.Qeqiaya qalibiyyəti münasibəti ilə Zaur Darğallı və Amiran Qiorqadze tərəfindən təşəkkürnamə təqdim olunub.

Marneuli Gənclər Mərkəzinin direktoru Rəna Nurməmmədova "Marneuli" radiosu ilə müsahibəsi zamanı Davit Qeqianı təbrik edərək ona gələcəkdə daha da böyük uğurlara imza atmasını arzu etdi.

“Marneuli Gənclər Mərkəzi adından gənc şahmatçımızı təbrik edir və ona daha böyük nailiyyətlər arzu edirik”-
Rəna Nurməmmədova dedi.

Rəna Nurməmmədova onu da əlavə etdi ki, Davit Qeqia yaxın günlərdə Poti şəhərində baş tutacaq Benəlxalq Şahmat Festivalında iştirak edərək Marneulini təmsil edəcək.

Xatırladaq ki, “Çay Evi”ndə (Tea House) Marneuli Gənclər Mərkəzinin dəstəyi ilə 2012-ci ildən şahmat dərnəyi fəaliyyət göstərir və bu illər ərzində mərkəz bir çox uğurlara imza atmış və mükafatlara layiq görülmüşdür.



Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm
FaceBook Twitter Google
დაიცავი დისტანცია