“Könüllü ol – virusun yayılmasını dayandır”! – Marneuli meriyası bu şüarla könüllülər toplamağa başlayır
“Könüllü ol – virusun yayılmasını dayandır”! – Marneuli meriyası bu şüarla könüllülər toplamağa başlayır.
Onlar yaşlı vətəndaşları dərman və ilkin yardım ləvazimatları ilə təmin etməkdə və digər işlərdə yardım göstərəcəklər. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidzenin “Marneuli” radiosuna verdiyi məlumata görə, meriya bu qərarı koronavirusun qarşısının alınması məqsədi ilə qəbul edib.

“Qeyd olunan tədbirlər həssas qrupların özünütəcridinə dəstək olmaq üçün nəzərdə tutulub. Xahiş edirik yüksək sosial və vətəndaşlıq məsuliyyəti göstərin və layihəyə qoşulun. Fəallıqlara qoşulmaq üçüm vətəndaş 18 yaşdan yuxarı olmalıdır. Layihəyə qoşulmaq istəyi olan halda ərizə formasını doldurmalıdırlar. Könüllülər müvafiq geyimlə təmin olunacaqlar və onlara xüsusi təlim keçiriləcək”, – Marneuli meriyasının “Facebook” səhifəsində yayımlanan məlumatda qeyd olunub.

Mariam Xaçidzenin bizimlə söhbəti zamanı dediyinə görə, könüllülərə treninq keçirilməsi məsələsi hələ ki, tam dəqiqləşməyib, ancaq səhiyyə istiqamətində çalışan təşkilatlarla danışıqlar aparılır.

Yerli özünüidarədə neçə nəfər yaşlı şəxsə yardım lazım olacağı ilə bağlı statistik göstəricilər hələ ki, yoxdur. Ancaq meriyadan bildirirlər ki, merin nümayəndələri öz kəndlərində artıq siyahılar tərtib edirlər və ola bilsin sabah dəqiq məlumat olacaq. “Marneuli” radiosu Marneulinin Sosial Xidmət Agentliyindən məlumatı dəqiqləşdirməyə cəhd göstərdi. Qeyd olunan xidmətin də bələdiyyə miqyasında neçə nəfər tək yaşayan yaşlı vətəndaşın olması ilə bağlı statistik məlumatı yoxdur. Marneuli miqyasında təqaüdçülərin sayı isə təxminən 19 500 nəfərdir.

Ərizə forması:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfE0G5RgaeAVi80C8QQi5SwPvUrE5SRdN_EAa8zIsMA74TGHg/viewform?fbclid=IwAR0gX6wLxVp0nV7iUzZBzzEDo1DMchIGg8WlDQJOigPxPHoDDqJC4Up1sCg

Print ელ. ფოსტა
თეგები: coronavirus covid-19
FaceBook Twitter Google